Modern.az-ın məlumatına görə, Bakının Yasamal rayonunda polis leytenantı bıçaqlanıb. Yeni Yasamal yaşayış massivində baş verən hadisə zamanı 29-cu polis bölməsinin əməliyyat muvəkkili 37 yaşlı Məmmədov Emin İdris oğlu xidməti vəzifəsini yerinə yetirən zaman naməlum şəxslər tərəfindən blıçaqlanıb.
Yaralı hadisədən sonra təcili olaraq 1 saylı şəhər klinik xəstəxanasına çatdırılaraq dərhal əməliyyat otağına qaldırılıb.
Hazırda isə Emin Məmmədovun vəziyyəti həkimlər tərəfindən stabil qiymətləndirilir.
Modern.az