Modern.az

Maradona yenə xəstəxanaya yerləşdirildi

Maradona yenə xəstəxanaya yerləşdirildi

Aktual

3 Noyabr 2020, 09:00

Əfsanəvi hücumçu Dieqo Maradona xəstəxanaya yerləşdirilib. 

 

Modern.az xəbər verir ki, bununla bağlı TASS məlumat yayıb. 

 

Yaxınları Maradonanın xəstəxanaya yerləşdirilməsinin səbəblərini açıqlayıb. Bildirilib ki, bu, koronavirus pandemiyası ilə bağlı deyil. Uzun müddətdir Maradona yuxusuzluqdan və sağlamlığındakı digər problemlərdən şikayət edirmiş. 

 

Xatırladaq ki, ötən həftə 60 yaşını qeyd edən Maradona koronavirus xəstəsi ilə təmasda olduğu üçün özünütəcrid etmişdi.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi