Modern.az

Çində kimyəvi zavod PARTLADI

Çində kimyəvi zavod PARTLADI

Aktual

3 Noyabr 2020, 09:05

Çinin Lançjou şəhərində yerləşən kimyəvi zavodda partlayış baş verib.

 

Modern.az-ın məlumatına görə, bu barədə Çinin Mərkəzi televiziyası bildirib.

 

Məlumata əsasən, hadisə bu gün səhər saatlarında baş verib. Sosial şəbəkədə yayımlanan görüntülərə görə, partlayış yanğına səbəb olub. Hadisə yerində yanğınsöndürənlər işləyir.

 

Bildirilib ki, yanğın nəticəsində ən azı 5 nəfər həlak olub, üçü ağır yaralanıb və daha bir nəfər itkin düşüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi