İzmirdə baş verən zəlzələnin ardından xilasetmə çalışmaları hələ də davam edir.
Modern.az “Hürriyet”ə istinadən xəbər verir ki, hadisənin 91-ci saatında “Rza Bey” adlı binanın dağıntıları arasından 4 yaşlı Ayla Gezgin xilas olunub. Bu haqda “Twitter” hesabından məlumat yayan İzmir valisi Yavuz Selim Köşger xəbəri təsdiqləyib.
Xilasetmədə iştirak edən bir komanda üzvü hadisə haqqında hisslərini bölüşərkən, “Biz əvvəl səs eşitdik, sonra isə insan olub-olmadığını yoxladıq. Hərəkət edə bilən kiçik bir qız olduğunu aşkarladıq. Dağıntılar altından çıxarıldıqdan sonra heç bunlar olmamış kimi gülümsəyirdi. Hamımız təsirləndik, ağladıq”,-deyib.
Fidan ƏLİ