Modern.az

Türkiyəli deputat: “Qarabağda PKK-çıların döyüşdüyünü bütün dünya bilir”

Türkiyəli deputat: “Qarabağda PKK-çıların döyüşdüyünü bütün dünya bilir”

3 Noyabr 2020, 12:02

"Qarabağda müharibə başlayandan bütün dünya bilirdi ki, ermənilər muzdlu PKK-çılardan istifadə edir. PKK-çılar Ermənistan Ordusunun tərkibində döyüşürlər”.

Bu barədə Modern.az-a Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrım danışıb. Onun sözlərinə görə, ermənilərin döyüşlərdə canlı qüvvə kimi istifadə etdiyi PKK-çıların şəkilləri, televiziya və sosial şəbəkələrdəki canlı yayımları hər kəs tərəfindən izlənilib:

“Ermənilər döyüşmək üçün əsgər tapa bilmir, sivillərə qarşı terrorist PKK-çılardan istifadə edirlər. Son hadisələr zamanı sivil insanlara  atılan raket atəşi nəticəsində 91 günahsız mülki şəxs həyatını itirib. Azərbaycanlıların başına gətirilən bütün müsibətlər dünyanın gözü qarşısında olub. İnşallah, qısa zamanda problemlərin hamısı həll olunacaq, Qarabağdakı PKK terroristləri, ermənilər hamısı yox olacaqlar. Azərbaycan Ordusu çox möhkəmdir, çünki hər bir Azərbaycan əsgərinin ürəyində vətən sevgisi, arxasında güclü siyasi iradə var".


Nəzrin Vahid 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi