Modern.az

Kürün bulanması Bakıda içməli suyun kəsilməsinə səbəb oldu

Kürün bulanması Bakıda içməli suyun kəsilməsinə səbəb oldu

11 İyul 2012, 13:10

Son günlər ölkə ərazisinə düşən yağıntı ilə əlaqədar dağ çaylarındakı sel və daşqınlar səbəbindən Kür çayında bulanıqlıq səviyyəsi normadan dəfələrlə yüksəkdir. Suyun həddən artıq bulanıq olması ilə əlaqədar (emal üçün suyun yolverilən bulanıqlıq həddi 2000 mq/litr-ə qədər olduğu halda, hazırda bu göstərici 50000 mq/litr-dən yüksəkdir) 11 iyul 2012-ci il tarixində Kür Sutəmizləyici Qurğular Kompleksinin işində fasilələr tətbiq ediləcək. Bu səbəbdən gün ərzində Hacıqabul şəhəri və rayonun kəndlərinə, həmçinin Bakı şəhəri Qaradağ rayonunun qəsəbələrinə içməli suyun verilməsində fasilələr olacaq. 
Məlumatı “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsi yayıb.


Modern.az  
Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək