Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmirdə dağıntılar altından 91 saat sonra xilas edilən Ayla Gezgin barədə paylaşım edib.

 

Modern.az xəbər verir ki, ölkə başçısı 4 yaşlı körpənin fotosunu paylaşaraq ona can sağlığı arzulayıb.

 

 

“Möcüzənin adı Ayla... 91 saat sonra sənin o gülən gözlərinlə birlikdə hamımıza yeni ümidlər bəxş edən Allaha şükürlər olsun. Keçmiş olsun, gözəl körpəm”, - deyə Ərdoğan qeyd edib.