Tanınmış kino xadimləri Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqının üzvlüyündən imtina ediblər.
Modern.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Cəmil Quliyev, Oqtay Mirqasımov, Ayan Mirqasımova, Eldar Quliyev, Mayis Ağabəyov, Ayaz Salayev, Nəriman Məmmədov və Aydın Kazımzadə könüllü şəkildə təşkilatdan ayrılıblar. Həmçinin yeni yaradılan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova bu təşkilatın üzvülüyükdən imtina edib.
Modern.az