Modern.az

Medvedev: ”Qafqazı general yox, menecer idarə etməlidir”

Medvedev: ”Qafqazı general yox, menecer idarə etməlidir”

25 Yanvar 2010, 13:35

“Şimali Qafqaz güc vasitəsi ilə deyil, iqtisadi vasitələrlə idarə olunmalıdır”.  Modern.az  “İnterfaks”a istinadən xəbər veiri ki, bu barədə Rusiya prezidenti Dmitri Medvedev jurnalistlərlə görüşdə bildirib. Prezident yenicə yaradılmış Şimali Qafqaz Federal Dairənin rəhbəri Aleksandr Xoloponinin qarşısında duran vəzifələrdən danışıb. O, Qafqaz regionuna göndərilən maliyyə vəsaitlərinə nəzarətin gücləndirilməsinin zəruriliyini qeyd edib.

 

Prezident qeyd edib ki, Qafqaz regionunda iqtisadi fəaliyət və sosial-iqtisadi göstəricilər orta Rusiya göstəricilərnə çatdırılmalıdır. Prezident Qafqazda əlverişli investisiya mühütinin yaradılması, yeni iş yerlərinin açılması və işsizlik səviyyəsinin azaldılması zəruriliyini bildirib. Medvedev cinayətkarılqla mübarizə və regionda təhlükəsizliyin timin olunması vacibliyini  qeyd edib.

 

Xatırladaq ki,  Şimali Qafqaz  Federal Dairəsi prezident Dmitri Medvedevin sərənacam ıilə yanvarın 19-da yaradılıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu