Modern.az

Vətəndaşlara sosial təminat üzrə 4 milyard 784 milyon manat vəsait ödənilib

Vətəndaşlara sosial təminat üzrə 4 milyard 784 milyon manat vəsait ödənilib

Aktual

3 Noyabr 2020, 16:29

10 ayda sosial təminat üzrə ötən ilin eyni dövrünə nisbətən 890,9 milyon manat çox olmaqla 4 milyard 784 milyon manat vəsait ödənilib.

 

Qurumdan Modern.az-a verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar-oktyabr aylarında ümumilikdə 2 milyon 610 min şəxsə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım verilib.

 

Bu təminat növləri üzrə əhaliyə bu ilin 10 ayında ötən ilin eyni dövrünə nisbətən 22,9% və ya 890,9 milyon manat çox olmaqla  4 milyard 784 milyon manat ödənilib.

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi