Bu gün saat 16:17 radələrində Xaçmazın dəniz qırağı kəndlərində zəlzələ hiss edilub.
Modern.az-ın şimal bürosuna yerli sakinlərin verdiyi məlumata görə, zəlzələ təxminən 3 bal gücündə hiss edilib. Zəlzələnin episentrinin Xəzər dənizi olduğu bildirilir. Sakinlər zəlzələnin qorxusundan küçələrə çıxıb.