Modern.az

Separatçıların “məmurları” döyüş bölgəsindən qaçır

Separatçıların “məmurları” döyüş bölgəsindən qaçır

Aktual

3 Noyabr 2020, 17:03

Azərbaycanın Qarabağ bölgəsinin işğal altında qalan hissəsində separatçıların “məmurları” müxtəlif bəhanələrlə döyüşdən yayınır, isti bucaq axtarırlar.

 

Modern.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ruslan Sarqsyan adlı döyüşən “məmurlardan” birinin arvadı Zarina Saracyan bildirib.

 

O, fərarilik edən “məmurların” sərt şəkildə cəzalandırılmasını və “tutduqları vəzifədən azad olunmasını” təklif edib.

 

Bununla belə canlı qüvvə azlığından döyüşdən yayınan “məmurlara” daha bir şans verilib. Çünki həmin fərarilərin cəzalandırılması onlar üçün döyüş bölgəsini tərk etməsinə yardım edər.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi