Modern.az

Alman jurnalist ermənilərə müraciət etdi: “Yazıq olduğunuzu söyləməyin”

Alman jurnalist ermənilərə müraciət etdi: “Yazıq olduğunuzu söyləməyin”

Aktual

3 Noyabr 2020, 17:57

“Ciddi deyirəm, əziz ermənilər, mənə “etnik təmizləmələr” və “öz vətəninizi necə müdafiə etdiyiniz” barədə danışmağı dayandırın. Siz Azərbaycan ərazisində savaşırsınız və yüz minlərlə insanı oradan köçkün salmısınız. Ağdam sizin törətdiyinizin ən gözəl nümunəsidir”.

 

Modern.az Report-a istinadən xəbər verir ki, bunu Almaniyanın araşdırmaçı jurnalisti, “Bild” nəşrinin Siyasət şöbəsinin məsul redaktoru Yulian Röpke Ağdamın işğalöncəsi və yeni görüntülərini paylaşaraq Tvitter-də yazıb.

 

“Əlbəttə, bu, Qarabağdan heç bir erməni dinc sakinin qovulması üçün əsas deyil. Lakin mənə (və bütün dünyaya) özünüzün yazıq qurban olduğunuzu və “Azərbaycan terrorçularının” (müəllif ermənilərin təbirincə kinayə ilə vurğulayır ) sizə niyə hücum etməsini anlamadığınızı söyləməyin. Siz onların torpağında döyüşürsünüz. Bunun əksi deyil”, - o qeyd edib.

 


 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi