Modern.az

Bakıda polisləri bıçaqlayan şəxs tutulub

Bakıda polisləri bıçaqlayan şəxs tutulub

11 İyul 2012, 13:58

Bakının Yasamal rayonunda polis əməkdaşlarını bıçaqlayan şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iyulun 10-da Yasamal rayonunda yaşayan, əvvəllər məhkum olunmuş Hafiz Abbasovun sərxoş halda münaqişə yaratması barədə Yasamal RPİ 29-cu PB-yə daxil olmuş məlumatla əlaqədar hadisə yerinə 29-cu PB-nin əməliyyat müvəkkili, polis leytenantı Emin Məmmədov və DİN ÇPA-nın əməkdaşı, polis serjantı Yusif Rzayev cəlb olunublar.

H.Abbasov polis əməkdaşlarına tabeçilik göstərməyərək bıçaqla E.Məmmədova döş, Y.Rzayevə isə ayaq nahiyələrindən xəsarət yetirib.

Xəsarət almış Y.Rzayevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, E.Məmmədovun vəziyyəti isə qənaətbəxşdir.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində H.Abbasov tutulub.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək