"Noyabrın 3-də cəbhənin Xocavənd istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri düşmənin tank bölmələrini döyüş meydanından qaçmağa məcbur edib".
Bu barədə Modern.az-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.
"Bölmələrimizin dəqiq atəş zərbələri ilə düşmənin bir neçə tankı döyüş heyəti ilə birlikdə məhv edilib", - deyə məlumatda bildirilib.
Düşmən tanklarının məhv edilməsi anlarını əks etdirən videosujeti təqdim edirik.