Modern.az

Bir şəklin tarixçəsi - mediamızın möhtəşəm “Yeni Yüzil”i

Bir şəklin tarixçəsi - mediamızın möhtəşəm “Yeni Yüzil”i

11 İyul 2012, 14:01

Gündüz Tahirli 2001-ci ildə “Azadlıq” qəzetindən ayrılıb “Yeni Yüzil” qəzetini buraxmağa başlayanda çoxları bu tipli qəzetin Azərbaycan mühitində uğur qazanmayacağını söyləyirdi. Səbəb, Gündüz Tahirli və komandasının zəifliyi yox, Azərbaycanda formalaşmış və oxucusunu da özü “tərbiyə etmiş” bir qəzetçilik ənənəsinin mövcudluğu idi. Gündüz bəy isə başqa ənənəyə meyl edirdi: Dünya standartlarına uyğun qəzet çıxarmaq, qərəssizlik, obyektivlik, fərqli dizayn və s.


Gündüz Tahirli “Yeni Yüzil”ə xeyli tanınmış imza toplamışdı. Bu imzaların hər biri öz sahəsi üzrə peşəkarlar idi: Adil Qaçayoğlu, Müsəllim Həsənov, Faiq Novruzov, Etibar Cəbrayıloğlu, Vüqar Bayramov, Afaq Vasifqızı, Vəfa Allahverdiyeva, Qurban Yaquboğlu, Səhuhi Məmmədli, Məmməd Süleymanov, Teymur Mahmudov, Əfqan Qafarlı, Natiq Cavadlı, Ülkər Abdullayeva, Laura Cəbrayıllı, Xatirə Qasımova, Aynur Camalqızı...

Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu foto 2002-ci ildə çəkilib. Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqanlı Bakıda səfərdə olarkən “Yeni Yüzil”in redaksiyasını da ziyarət edir...

Fotoda “Yeni Yüzil”in tanınmış jurnalistlərdən ibarət komandasının bir qrupu Mahmudəli bəylə birgə lentə alınıb.

Üstündən illlər keçir. Şəkildəki jurnalistlər ayrı-ayrı yerlərdə olsalar da, “ənənəvi mətbuat prinsiplərinin sərhədləri çərçivəsində” qələmlərini işlədirlər. Gündüz Tahirli isə görmək istədiyi “Yeni Yüzil”i uğura çatdıra bilmədiyi üçün qələmi birdəfəlik yerə qoydu...  

Deməli, “Yeni Yüzili”in yaşaması təkcə tanınmış imzalardan asılı deyilmiş...



A.Qorxmaz

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək