Qondarma Dağlıq Qarabağ rejimi casusluq və cəbhədən qaçmaq qalmaqalına görə bir çox "məmur"u işdən çıxarıb.
Modern.az erməni KİV-lərinə istinadla xəbər verir ki, qərara əsasən müharibənin ilk günlərindən Qarabağı tərk edən "vəzifəli şəxslər" tutduqları işlərdən azad ediliblər:
- "Prezidenin köməkçisi" Rudik Martirosyan
- "Baş Prokurorun müavinləri" Erik Verdiyan və Sasun Qabriyelyan
- "Dövlət Statistika Komitəsinin üzvü" Armen Soğomonyan
- "Mərkəzi Seçki Komissiyası"nın üzvü Yeqişe Arzumanyan
- "Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini" Arkadi Soğomonyan
- "Şəhərsalma nazirinin müavini" David Avanesyan
- "Təhsil, Elm və Mədəniyyət Nazirliyinin aparat rəhbəri" Erik Qriqoryan
- "Dövlət Gəlirləri Komitəsinin aparat rəhbəri" vəzifəsini icra edən Qaqik Ayrapetyan
- "Prezident Aparatının Hökumət İşləri üzrə Administrasiyasının köməkçisi" vəzifəsindən Artak Arustamyan