Tərkibində ağ fosfor olan silahlar tənəffüs zamanı, udulduqda və ya yanmış yerlərdə udulduqda son dərəcə zəhərlidir və insan sağlamlığına ciddi mənfi təsir göstərə bilər. Belə silahlar ağır istilik və kimyəvi yanmalara səbəb olur. Ermənistanda fosforlu partlamamış döyüş sursatları istifadə olunurdu.
Modern.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter hesabında yazıb.
“Mülki şəxslərə və ya mülki obyektlərə, həmçinin meşələrə və ya bitki örtüyünün başqa növlərinə ağ fosforlu mərmilərlə hücumlar BMT-nin 1980-ci ildə bəzi silah növlərinin qadağan olunması haqqında konvensiyasının yandırıcı silahın tətbiqinin qadağan olunması və ya məhdudiyyəti və ya haqqında III Protokolu ilə qadağan olunub”, - deyə Prezidentin köməkçisi qeyd edib.