Modern.az

Vyanadakı terroru bu təşkilat üzərinə götürdü

Vyanadakı terroru bu təşkilat üzərinə götürdü

Aktual

3 Noyabr 2020, 22:51

İŞİD Vyanadakı terrora görə məsuliyyəti öz üzərinə götürdü.

 

Modern.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

 

Xatırladaq ki, bazar ertəsi axşam naməlum şəxslər Avstriya paytaxtının mərkəzində bir neçə hücum təşkil ediblər. Hadisə nəticəsində hücumçulardan biri və dörd mülki şəxs həlak olub. Daha 18 nəfər yaralanıb.

 

Hökumət baş verənləri terror aktı kimi dəyərləndirib. Avstriyada üç günlük milli matəm elan olunub.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi