Modern.az

Deputat Pakistan-Azərbaycan dostluq qrupunun rəhbərlərinə təşəkkür etdi

Deputat Pakistan-Azərbaycan dostluq qrupunun rəhbərlərinə təşəkkür etdi

Aktual

3 Noyabr 2020, 23:45

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Pakistan dostluq qrupunun rəhbəri Qənirə Paşayeva Pakistan Senatında 22 oktyabr tarixində, Milli Assambleyasında isə 28 oktyabr tarixində Ermənistanın Azərbaycana qarşı təcavüzünü və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı qəddar hücumlarını qəti pisləyən qətnamənin qəbul edilməsi ilə əlaqədar olaraq dost və qardaş Pakistan İslam Respublikası Senatı və Milli Assambleyasında fəaliyyət göstərən Pakistan-Azərbaycan dostluq qrupunun rəhbərlərinə təşəkkür məktubları ünvanlayıb.

 

Bu barədə Modern.az-a Q.Paşayeva özü məlumat verib.

 

"Məktublarda Azərbaycan və Pakistanın arasında münasibətlərin intensiv şəkildə inkişaf etdiyini, eləcə də Pakistanın daim Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini vurğuladım", - deyə komitə sədri bildirib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi