Modern.az

“Şaxtyor” darmadağın oldu - Çempionlar Liqası

“Şaxtyor” darmadağın oldu - Çempionlar Liqası

4 Noyabr 2020, 00:54

UEFA Çempionlar Liqasında üçüncü start verilib. 

 

Modern.az xəbər verir ki, turun ilk iki oyunu Rusiya və Ukrayna paytaxtlarında gerçəkləşib.

 

Moskvada "Lokomotiv" İspaniyanın "Atletiko Madrid" klubu ilə qarşılaşıb. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Bununla da "Atletiko" 4 xalla A qrupunda 2-ci, "Lokomotiv" 2 xalla 3-cü pillədə qalıb.

 

Kiyevdə Donetskin "Şaxtyor" komandası Almaniyanın "Borussiya" (Mönhenqladbax) kollektivini qəbul edib. Görüş qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb.  

Bununla da B qrupunda ilk məğlubiyyətlə üzləşən "Şaxtyor" 4 xalla 2-ci pilləyə enib. Xalını 5-ə yüksəldən "Borussiya" isə lider olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi