Modern.az

“Liverpul”dan darmadağın, “Real”dan çətin qələbə - Çempionlar Liqası

“Liverpul”dan darmadağın, “Real”dan çətin qələbə - Çempionlar Liqası

4 Noyabr 2020, 02:31

Çempionlar Liqasınının qrup mərhələsi çərçivəsində daha bir neçə oyun keçirilib.

 

Modern.az xəbər verir ki, A qrupunda turnirin son qalibi “Bavariya” “Zalsburq”un qonağı olub. Qarşılaşma qonaqların 6:2 hesablı qələbəsi ilə başa çatıb.

 

B qrupunda son pillədə qərarlaşan “Real Madrid” isə doğma meydanda “İnter”i qəbul edib. Qarşılaşmada Madrid klubunin çətin qələbəsi ilə yekunlaşıb - 3:2.

 

C qrupunda “Mançester Siti” doğma meydanda Yunanıstanın “Olimpiakos” klubunu qəbul edib və 3:0 hesabı ilə qələbə qazanıb. 

Eyni qrupda yer alan “Porto” və “Marsel” klubları arasındakı qarşılaşmada da eyni hesab qeydə alınıb. Portuqaliya təmsilçisi rəqibinə aman verməyib - 3:0.

 

D qrupunda “Ayaks” Danimarkada “Midtülland” klubuna qalib gəlib - 2:1. 

 

Qrupun digər oyununda İngiltərənin “Liverpul” klubu İtaliyada “Atalanta”nı darmadağın edib - 5:0. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi