Modern.az

Ötən həftə virusa rekord yoluxma qeydə alınıb - ÜST

Ötən həftə virusa rekord yoluxma qeydə alınıb - ÜST

4 Noyabr 2020, 08:09

Ötən həftə ərzində dünyada yeni növ koronavirusa (COVİD-19) rekord sayda yoluxma halı qeydə alınıb.

 

Modern.az-ın Ümumidünya Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, ötən həftə ərzində yeni koronavirus 3,3 milyon nəfər yoluxub.

 

Məlumata əsasən, yoluxma hallarında artım əsasən Avropa regionunda müşahidə edilib. Bundan əlavə dünya üzrə koronavirusdan ölüm hallarında da artım qeydə alınıb.

 

Qeyd edək ki, hazırkı dövrədək dünyada yeni növ koronavirusa 47 milyon nəfər yoluxub, onlardan 34 milyon nəfəri sağalıb, 1,2 milyon nəfəri isə vəfat edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi