Modern.az

Şagirdlərin tətil günləri açıqlanıb

Şagirdlərin tətil günləri açıqlanıb

11 İyul 2012, 15:24

Təhsil Nazirliyi 2012-2013-cü tədris ilində ümumtəhsil məktəblilərin tətil günləri açıqlayıb. Modern.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu il olduğu kimi növbəti tədris ilində də dərs məşğələləri sentyabrın 15-də başlayıb mayın 31-də başa çatacaq. Dərs ili iki yarım ilə bölünəcək.

Bildirilib ki, birinci yarımil 15 sentyabrdan 29 dekabra kimi, ikinci yarımil isə yanvarın 6-dan mayın 31-dək davam edəcək.

Dərs ili ərəfəsində həmçinin şagirdlərin istirahət günləri də bəlli olub. Belə ki, payız tətili – 12-17 noyabr (6 gün), qış tətili – 30 dekabr – 5 yanvar (7 gün), I (birinci) sinif şagirdləri üçün əlavə tətil – 12-17 fevral (6 gün), yaz tətili – 17-24 mart (8 gün).

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək