Modern.az

Şamaxılı qadınlardan ordumuza isti dəstək - VİDEO

Şamaxılı qadınlardan ordumuza isti dəstək - VİDEO

4 Noyabr 2020, 08:54

Bu günlərdə hər kəs müxtəlif formada ordumuza dəstəyini nümayiş etdirir. Kimisi maddi, kimisi də mənəvi dəstəyi ilə qəhraman əsgərlərimizin yanında olmağa çalışırlar.

 

Modern.az xəbər verir ki, Şamaxıda bir qrup insan bir araya gələrək ilkə imza atıblar. Onlar əsgərlərimizin soyuq günlərdə çətinliklə üzləşməməsi üçün yorğanlar hazırlamaq qərarına gəliblər. 

 

Arxa cəbhənin qəhraman anaları əsgərləri öv övladlarından ayırd etmədən onlara dəstək olmağa çalışır.

 

İyirmiyə yaxın qadın bir araya gələrək səhərdən axşama qədər yorğan hazırlayıblar. Xanımların bu təşəbbüsünə maddi dəstək olan iş adamı Hikmət Qədimov layihə çərçivəsində ilkin olaraq 200 ədəd yorğanın hazırlanacağını, daha sonra bu rəqəmin artırılacağını bildirib.

 

Bu cür aksiyalarla hər zaman Ordumuzun, dövlətimizin yanında olduqlarını deyən xanımlar bundan sonra da əsgərlərimizə öz dəstəklərini davam etdirəcəklərini bildiriblər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi