Modern.az

“Sınıq körpü” dəllalları...

“Sınıq körpü” dəllalları...

Aktual

4 Noyabr 2020, 09:30

Qəzənfər Həmidoğlu

Fransanın 42 tanınmış xadimi - yazıçılar, jurnalistlər və s. prezident Makrona birgə məktub yazaraq "Qarabağ ermənilərini müdafiə etməyə" çağırıblar.

"Figaro"da dərc edilmiş məktuba Fəxri legion ordeni kavalerləri Patrik Puavr d'Arvor və Fransuaza Şandernaqor, Qonkur mükafatı laureatı Erik Orsenna, yazıçılar Yann Keffelek və Alexandre Jardin, keçmiş təhsil naziri Xavyer Darkos və başqaları imza atıblar.

Məktubun mətn və üslubundan görünür ki, bu cızmaqara "erməni mətbəxi"ndə bişib. Sonra fransızlara yedizdirilib.

Ermənilər fransız ictimai fikrinin başına ip keçirərək oynatmaqda davam edirlər. Cümlədəki iftiraya bax:" Fransızların məktəbdə müəllimin qətli və Nissa kilsəsindəki qırğından sarsıldıqları və bu barbarlığın səbəbləri barədə suallar verdikləri bir vaxtda, Fransadan 3500 km uzaqlarda həmin barbarlığın təsiri altlnda başqa bir dram yaşanır. Qarabağda etmənilər artıq bir aydır yüzlərlə muzdlu cihadçının dəstəklədiyi Türkiyə-Azərbaycan koalisiyasına qarşı əsəbi və ümidsiz müharibə aparırlar. Orada savaş Qafqazdakı daşlı torpaq parçası uğrunda getmir, bu savaşın bizə də dəxli var - ermənilər eyni düşmənlə döyüşürlər".

Guya ki, "erməni xalqı ta qədimlərdən sivilizasiyalar arasında körpü olub" və "xalq-körpü"nü təhlükə təhdid edəndə "xalqlar arasında dialoq tükənir və dünya tarixində dönüş başlayır".

Məktub uzundur, mahiyyəti cəfəngiyyat, boşboğazlıq, pafos epataj və məntiqsizlikdən yoğrulub, tarixin ənginliklərinə qərəzli və cahilcəsinə baş vurulur.

Tarix ermənilərin mədəniyyətlərarası körpü rolu oynamasına şahid olmayıb. Əksinə, ermənilər tarixin körpüsındıranı və ya sınıq körpüsüdür.
Erməni lobbisinin dəllallığa vadar etdiyi fransız yazarlara görə, erməniləri qorumaq, "körpünün yandırılmaması" və "fanatizm taunu"nun qarşısını almaq üçün Fransa "səsini yüksəltməlidir".

Beləliklə, Azərbaycan torpaqlarını işğalçılardan azad etdikcə, düşmən daha da pozğunlaşır, Vətən savaşımızı şərəfsizcəsinə müsəlman-xristian davası, cihad müharibəsi kimi təqdim etmək cəhdlərindən əl çəkmir.

Ermənilərdən fransız çıxmadı, əvəzində fransızlar erməniləşirlər...

Bu yandan Lavrov Qarabağda 2000 terrorçunun olmasından dəm vurur.

Əcəb "simfoniya"dır: İrəvanda zingildəyir, Parisdə ulaşır, Moskvadan hürürlər.

Bizim Karvan isə bu gün-sabah Şuşaya çatacaq...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi