Fövqəladə Hallar Nazirliyi (FHN) 2012-ci ilin I yarımillyi ərzində respublika ərazisində baş verən hadisələrin rəsmi statistikasını açıqlayıb. Modern.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, cari il ərzində ölkə üzrə 4057 təbii və texnogen mənşəli hadisə baş verib.Bu göstərici isə ötən illə müqayisədə 1427 hadisə və ya 54% çoxdur.
Statistikaya əsasən, baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 43 nəfər həlak olub, 66 nəfər xəsarət alıb, 143 nəfər xilas edilmiş və 26 nəfər təxliyə olunubdur.
Modern.az