Modern.az

Naxçıvan MSK-ya sədr seçildi

Naxçıvan MSK-ya sədr seçildi

Aktual

4 Noyabr 2020, 10:44

Noyabrın 3-də Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.

 

Modern.az xəbər verir ki, iclasda “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 22-ci maddəsinə əsasən təşkilati işə baxılıb, komissiyanın sədrinin seçilməsi məsələsi müzakirə olunub.

 

Müzakirələrdən sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2020-ci il 3 noyabr tarixli Qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilmiş Əliyev Əjdər Zahid oğlu Mərkəzi Seçki Komissiyasının sədri seçilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi