Modern.az

Ermənistanda daha 2 374 nəfər virusa yoluxdu - 35 nəfər öldü

Ermənistanda daha 2 374 nəfər virusa yoluxdu - 35 nəfər öldü

Aktual

4 Noyabr 2020, 11:00

Ermənistanda daha 2 374 nəfərdə koronavirus aşkarlanıb.

 

Modern.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

 

Bununla da Ermənistanda virusa yoluxanların sayı 97 150-yə yüksəlib.

 

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 35 nəfər artaraq 448-ə çatıb. COVID-19 dianozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 389-ə yüksəlib. İndiyədək 58 811 nəfər infeksiyadan sağalıb.

 

Hazırda Ermənistanda 36 502 aktiv koronavirus xəstəsi var.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi