Modern.az

Tramp və ya Bayden: hansı Azərbaycan iqtisadiyyatı üçün daha məqbuldur?

Tramp və ya Bayden: hansı Azərbaycan iqtisadiyyatı üçün daha məqbuldur?

Aktual

4 Noyabr 2020, 11:45

ABŞ-da prezident seçkilərinin ilkin nəticələrinə görə, respublikaçı namizəzd Donald Tramp demokrat Co Baydeni geridə qoyaraq, qələbəyə doğru irəliləyir.

Maraqlıdır, hansı namizəd Azərbaycan, eləcə də iqtisadiyyatımız üçün daha məqbuldur?

Bu barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, böyük ehtimalla Donald Tramp qalib olacaq:

 

“Trampın seçilməsi dünya və Azərbaycan üçün daha əlverişli hesab edilir. Ötən dövr ərzində Trampın Azərbaycana qarşı münasibəti müsbət olub. Hətta Qarabağ məsələsində də kənarda qalmağa çalışdı, kəskin fikirlər bildirmədi. Həmçinin, bunun Azərbaycan və Ermənistan arasındakı məsələ olduğuna diqqət çəkərək, başqa dövlətlərin qarışmamasını məqsədəuyğun saydı. Bir siyasətçi və iqtisadçı kimi deyə bilərəm ki, bizim üçün Donald Trampın qalib gəlməsi daha çox məqsədəuyğundur”.

 

V.Əhmədovun sözlərinə görə, demokrat namizəd Co Baydenin qalibiyyəti o qədər də arzuolunan deyil:

“Xüsusilə onun Qarabağla bağlı açıqlamaları bunu deməyə əsas verir. Həm də nəzərə alamq lazımdır ki, seçkidən sonra yeni prezident yanvarın ikinci yarısından sonra fəaliyyətə başlayacaq. İstənilən halda, qalibin kim olmasından asılı olmayaraq, Azərbaycan qələbəyə doğru gedir. Trampla da, Trampsız da Qarabağ Azərbaycandır!”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi