Modern.az

Keçmiş deputat haqqında deyilənləri təkzib edib

Keçmiş deputat haqqında deyilənləri təkzib edib

11 İyul 2012, 16:40

“Cavid” Ticarət Mərkəzinin bağlanması yalandır”

Sabiq deputat, iş adamı Nizami İsgəndərov Sumqayıt şəhərində yerləşən ona məxsus “Cavid” Ticarət Mərkəzinin icra başçısı Eldar Əzizov tərəfindən bağlatdırılması haqda yayılan xəbərləri təkzib edib.

O, Modern.az-a açıqlamasında “Cavid” Ticarət Mərkəzinin bağlanması haqda yazılanların doğru olmadığını deyib.

“Mətbuatda deyilənlər doğru deyil, yalandır. Ticarət Mərkəzi hazırda fəaliyyət göstərir, heç bir problem yoxdur. Sadəcə olaraq deyilənlər həqiqəti əks etdirmir”, - deyə N.İsgəndərov vurğulayıb.

Qeyd edək ki, mətbuatda sabiq deputat və atası Zaman İsgəndərovla Sumqayıtın icra başçısı Eldar Əzizov arasında münasibətlərin gərgin olduğu və buna görə də “Cavid” Ticarət Mərkəzinin birinci mərtəbəsinin bağlandığı bildirilib.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək