Modern.az

İnam Kərimov Türkiyə nümayəndə heyəti ilə görüşdü - Fotolar

İnam Kərimov Türkiyə nümayəndə heyəti ilə görüşdü - Fotolar

Aktual

4 Noyabr 2020, 13:44

Azərbaycanda dövlət dəstəyi ilə yaradılan aqrar sığorta mexanizmi rəsmi olaraq fəaliyyətə başlayıb.

 

Modern.az xəbər verir ki, bu gün Aqrar Sığorta Fondunun inzibati binasında kənd təsərrüfatı naziri İnam Kərimov ölkəmizdə səfərdə olan Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin və TARSİM kənd təsərrüfatı sığortaları təşkilatının nümayəndə heyəti ilə görüşüb. 

 

Görüşdə Azərbaycanda aqrar sığorta mexanizminin tətbiqi istiqamətində görülən işlər, Türkiyə təcrübəsinə əsaslanan sığorta mexanizminin formalaşdırılması ətrafında fikir mübadiləsi aparılıb.

 

Daha sonra Azərbaycanda dövlət dəstəyi ilə ilk sığorta müqaviləsinin imzalanmasına həsr olunmuş tədbir keçirilib. Tədbirdə kənd təsərrüfatı naziri İnam Kərimov, Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndəsi Bekir Engürülü, Türkiyənin TARSİM kənd təsərrüfatı sığortaları təşkilatının rəhbəri Serpil Günal, Azərbaycan Mərkəzi Bankının, Aqrar Sığorta Fondunun rəsmiləri, fermer və sahibkarlar iştirak ediblər.

 

Tədbirdə çıxış edən nazir İnam Kərimov bildirib ki, Ermənistanın hərbi təcavüzü aqrar sahəyə təsirsiz ötüşməyib:  “Bu hücum nəticəsində təmas xəttində yerləşən kəndlərdə xeyli iri və xırdabuynuzlu heyvan tələf edilib, yem ehtiyatları yandırılıb, on minlərlə hektar əkin sahələrində yığım məhdudlaşıb, kənd təsərrüfatı texnikaları məhv edilib. Ümumilikdə davam edən hərbi təcavüz yüz mindən çox fermerin həyatına təsir edib. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə uğurlu əks-həmlə əməliyyatlarını davam etdirir, torpaqlarımızı azad etməkdə davam edir. Gələcəkdə işğaldan azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişaf etdirilməsi nəzərdə tutulur. Artıq bununla bağlı hesablamalara və Fəaliyyət Planının hazırlanmasına başlanılıb”.

 

Nazir əlavə edib ki, dövlət başçısının rəhbərliyi ilə aqrar sektorda həyata keçirilən ardıcıl islahatlar, fermer və investorlara dövlət dəstəyi nəticəsində aqrar sektor ölkə iqtisadiyyatının sürətlə inkişaf edən sahələrindən birinə çevrilib.

 

Tədbirdə çıxış edən TARSİM təşkilatının Himayəçilik Şurasının üzvü, Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik nazirliyinin nümayəndəsi Bekir Engürülü bildirib ki, aqrar sığorta fermerlərin risklərini sığortalamaqla aqrar sahənin maliyyəyə çıxışını asanlaşdıracaq, kənd təsərrüfatının daha dayanıqlı inkişafına şərait ayradacaq.

 

TARSİM kənd təsərrüfatı sığortaları təşkilatının rəhbəri Serpil Günal, Azərbaycan Fermerlər Assosiasiyasının sədri Pərviz İlyasov, Tərtər rayonundan olan fermer Habil İbrahimli çıxışlarında aqrar sığorta mexanizminin fermerlər üçün böyük üstünlüklər yaradacağını bildirib, dövlət dəstəyinin genişləndirilməsinin kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcklərini bildiriblər.

 



 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi