Modern.az

Magistrların qeydiyyat müddəti uzadılıb

Magistrların qeydiyyat müddəti uzadılıb

11 İyul 2012, 16:47

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2012–2013-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olanların qeydiyyat müddətinin uzadılması barədə qərar qəbul edib. TQDK-nın mətbaut xidmətindən Modern.az-a verilən məlumata görə, 11 iyul 2012 –ci il tarixinədək magistraturaya qəbul olanların yalnız 77 faizi qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçiblər. TQDK bunu nəzərə alaraq qeydiyyat müddətinin 13 iyul saat 17:00-dək uzadılması barədə qərar qəbul edib.

Beləliklə, magistrasturaya qəbul olanlar tələb olunan sənədləri qeyd olunan müdətədək qəbul olunduqları ali təhsil müəssisəsinə təqdim etməklə təhsilalma formasını seçib qeydiyyatdan keçməlidirlər.

TQDK ali təhsil müəssisələrinin rektorlarının nəzərinə bir daha çatdırır ki, “Magistr” jurnalının 2012-ci il 4-cü sayında qarşısında təhsilalma forması “Ə/Q” (əyani/qiyabi) kimi göstərilmiş ixtisaslaşmalara qəbul olunmuş bakalavrlar qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçərkən öz arzuları ilə əyani və ya qiyabi təhsilalma formasını seçə bilərlər.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək