Modern.az

İsmayıllıda ağır yol qəzası - 1 ölü, bir yaralı

İsmayıllıda ağır yol qəzası - 1 ölü, bir yaralı

Aktual

4 Noyabr 2020, 20:22

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə bu gün Muğanlı-İsmayıllı yolunda, Zərgəran kəndi ərazisində qeydə alınıb.

 

"Ford" və "VAZ-21099" markalı avtomobillərin toqquşması nəticəsində Ucar sakini, 1988-ci il təvəllüdlü Məmmədov İman Həmid oğlu dünyasını dəyişib, həmyerlisi, 1990-cı il təvəllüdlü Məmmədov Elnur Sayəddin oğlu ağır xəsarətlər aldığı üçün İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır (apa).

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi