Milli Məclisin üzvü İlham Məmmədov Almaniyada həkimlərin beynəlxalq forumunda iştirak edəcək. Bu barədə Modern.az-a məlumat verən deputat forumun iyulun 14-də Almaniyanın Mayheym şəhərində keçiriləcəyini bildirib.
“Sabah forumda iştirak etmək üçün Almaniyaya səfər edəcəyik. Forum iyulun 14-də Almaniyanın başlayacaq. Tədbirin əsas məqsədi dünyanın müxtəlif ölkələrin işləyən və təhsil alan həkimləri bir araya toplamaq və təcrübə mübadiləsi aparmaqdır. Forum Gənclər və İdman Nazirliyinin və Almaniya Akademik Mübarizə Xidmətinin dəstəyi ilə təşkil olunacaq”, - deyə deputat qeyd edib.
İ.Məmmədovun sözlərinə görə, forum Azərbaycanın səhiyyə sistemi üçün mühüm əhəmiyyətə malikdir.
“Müasir biliklərin öyrənilməsində forum böyük əhəmiyyətə malikdir. Forum həmçinin dünyanın müxtəlif ölkərlərində işləyən və təhsil alan həkimlərin formalaşmasında mühüm rol oynayır. Forumun gedişində millət vəkili olaraq mənim çıxışım nəzərdə tutulub.”
Qeyd edək ki, həkimlərin forumu iyulun 14-dən 16-dək davam edəcək.
Anar RÜSTƏMOV