Modern.az

Dilqəm Əsgərovla Şahbaz Quliyev Şuşadan hara aparılıb?

Dilqəm Əsgərovla Şahbaz Quliyev Şuşadan hara aparılıb?

Qarabağ

4 Noyabr 2020, 22:30

Dilqəm Əsgərov və Şahbaz Quliyev Şuşa həbsxanasından Ermənistana köçürülüb.

 

Bu barədə Modern.az-a 6 ildir erməni girovluğunda saxlanılan D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib.

 

K.Əsgərov deyib ki, bununla bağlı məlumatı Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyindən bildiriblər:

 

"Bu gün günorta saatlarında komitədən zəng vurub dedilər ki, atamı və Şahbaz Quliyevi Şuşa həbsxanasından Ermənistana aparıblar. Onları Ermənistanın konkret hansı ərazisinə apardıqları haqda məlumat yoxdur. Hazırda onların yeri dəqiqləşdirilir. Saxlanıldıqları yer müəyyən ediləndən sonra komitə əməkdaşları onlara baş çəkəcək və sonra bizə məlumat verəcəklər. Sadəcə, bildirdilər ki, girovların bundan sonrakı durumları ilə bağlı bizi xəbərdar edəcəklər".

 

Girovun oğlu atasının təhlüəkəsizliyilə bağlı narahat olduğunu vurğulayıb.

 

Qeyd edək ki, bir gün əvvəl təhlükəsizlik baxımından K.Əsgərova atasıgilin Şuşa daxilində yerlərinin dəyişdirildiyi bildirilmişdi.

Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü