İmişli ərazisində zəlzələ baş verib.
Modern.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla xəbər verir ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yeraltı təkanlar yerli vaxtla saat 21:51-də Saatlı stansiyasından 17 km şimal-qərbdə İmişli ərazisində qeydə alınıb.
Zəlzələ episentrdə 4, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub. Zəlzələ ocağı 52 kilometr dərinlikdə yerləşib.