Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub.
Modern.az "RİA Novosti"yə istinadla xəbər verir ki, prezidentlər koronavirusla bağlı vəziyyəti müzakirə ediblər. Dövlət başçıları infeksiyanın yayılmasına qarşı mübarizədə ölkələrin əməkdaşlığını yüksək qiymətləndiriblər.
Məlumata görə, prezidentlər Dağlıq Qarabağ münaqişəsini də müzakirə ediblər.