Türkiyənin "Başakşehir" futbol klubu doğma meydanında Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin üçüncü tur matçında İngiltərənin "Mançester Yunayted" komandasını məğlub edib.
Modern.az xəbər verir ki, matç 2:1 hesabı ilə başa çatıb.
Türkiyə komandasının heyətində qolları Demba Ba (13-cü dəqiqə) və Edin Vişça (40) vurublar. Qonaqların heyətində yeganə qolu Antoni Marsyal vurub.
Bu oyunla eyni vaxta start götürən "Zenit" – "Latsio" matçında qalib müəyyənləşməyib – 1:1.