Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Barselona" - "Dinamo Kiyev" qarşılaşması baş tutub.
Modern.az xəbər verir ki, matçda hesab 5-ci dəqiqədə açılıb. Katalonların kapitanı Lionel Messi penaltindən qapını dəqiq nişan alıb. Oyunda 2-ci qol da "Barselona"dan gəlib. Bu dəfə komandanın müdafiəçisi Pike (65) fərqlənib. Oyunun 75-ci dəqiqəsində "Dinamo" buraxdığı qollardan birinin əvəzini çıxıb.
Matç "Barselona"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qrupun digər oyununda isə "Yuventus" Macarıstanda "Ferentsvaroş"a qalib gəlib - 4:1.
Qeyd edək ki, bununla da xallarını 9-a çatdıran "Barselona" G qrupuna liderlik edir. "Yuventus" isə 6 xalla ikinci pillədə qərarlaşıb. "Dinamo Kiyev"lə "Ferentsvaroş" klubları hərəyə 1 xalla qrupda 3-cü, 4-cü yeri bölüşürlər.
Günün digər oyunları isə aşağıdakı kimi nəticələnib:
"Başakşehir" - "Mançester Yunayted" 2:1
"Zenit" – "Latsio" 1:1
"Çelsi" – "Renn" 3:0
"Sevilya" – "Krosnadar" 3:2
"Brugge" – "Borrusiya Dortmund" 0:3
"Leyptsiq" – "Paris Sen-Jermen" 2:1
T.İSMAYIL