Modern.az

Sabunçuda “yezid” kimdir? - Sakinlərin harayı

Sabunçuda “yezid” kimdir? - Sakinlərin harayı

Təhsil

11 İyul 2012, 19:47


Sabunçu rayonu Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsinin sakinləri iki həfdədən çoxdur ki, içməli su üzunə həsrətdilər. Bu barədə Modern.az-a sakinlər özləri məlumat verib.

”Yayın bu cırhacırında iki həftədir suyumuz tamam kəsilib. Bununla bağlı dəfələrlə Sabunçu rayonu Sukanal İdarəsinə müraciət etmişik. Bizə idarədən bildirirlər ki, Zabrat yolunun çəkilməsi ilə əlaqadar su boruları dəyişdirilir və müvəqqəti olaraq suyun verilməsi dayandırılıb. Yaxşı onda biz nə edək?”.

Sakinlər Zabrat yolunun artıq bir aydır ki, istifadəyə verdiyini bildirirlər. Mirəhəd Ağayev adlı sakinin sözlərinə görə, dünən Sabunçu rayonu Sukanal İdarəsinin rəisi Malik Məmmədova telefonla zəng edib, ona suyun kəsildiyini  deyəndə, qarşı tərəfdən kobudluq eşidiblər:

”Rəis dedi ki, “mən neyləyim, sənə su çəkməliyəm”. Mən də ona bildirdim ki, onda “Azərsu” ASC-yə müraciət edərik”. Malik Məmmədov da cavabında dedi ki, “gedin, kimə şikayət edirsiniz edin, mənim heç kimdən nə asılacağım var, nə də qorxacağım”. Hətta telefonda məmura yaraşmayan nalayiq sözlər də işlətdi”.

Qəsəbə sakinləri onu da bildiriblər ki, belə qərara gəliblər ki, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynova yazılı şəkildə müraciət edib, onun qəbuluna düşsünlər.  

Mail Ağaxanov
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək