Azərbaycanın müvəqqəti işğal altındakı Xankəndi şəhərində cəmi 17 min sakin qalıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə şəhərin “mer”i David Sarkisyan bildirib.
O, Qarabağ döyüşləri başlamazdan öncə, şəhərdə 56 min nəfərin yaşadığını və hazırda 70% sakinin Ermənistana köç etdiyini söyləyib.
“Əgər qalan sakinlər də evakuasiya olunmaq istəyini bildirsələr, onları da evakuasiya etməyə hazırıq”-deyə David Sarkisyan bildirib.