Modern.az

Qarabağda daha 12 PKK/YPG terrorçusu məhv edildi

Qarabağda daha 12 PKK/YPG terrorçusu məhv edildi

Aktual

5 Noyabr 2020, 09:50

Qarabağda Ermənistan ordusu tərəfində döyüşən PKK/YPG terrorçuları arasında itkilər davam edir.

 

Modern.az Ordu.az-a istinadən xəbər verir ki, son sutka ərzində aparılan əməliyyatlarda 12 PKK/YPG terrorçusu məhv edilib.

 

Terrorçular əsasən Xocavənd istiqamətində aparılan əməliyyatlar zamanı məhv edilib. Məlumata görə, terrorçulardan 1-i özünü partladıb.

 

Xatırladaq ki, bununla Qarabağda məhv edilmiş PKK/YPG terrorçularının sayı 22-yə çatıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi