Cəfərov Ramiz İsmayıl oğlu, 30 il prokurorluq və məhkəmə orqanlarında işləyib, “Milli Münaqişələr zəminində baş verən cinayətlərin problemləri” mövzusunda dissertasiya yazıb, Hüquq üzrə fəlsəfə doktoru, 4 kitabın müəllifidir.
32 ildən artıq müddət ərzində Azərbaycan xalqını təhdid edən, özgəsinin qanuni, halal torpağı hesabına özünə geniş və rahat mühit yaratmaq üçün qatı faşist metodlarından istifadə edərək haqsız və ədalətsiz qırğınlar yaradan, tarixən qonşuluq etdiyi və heç bir xalqın, qonşu millətlərin ruhuna belə toxunmayan Azərbaycan xalqına qarşı daim genosid siyasəıti yeridən erməni şovinistləri bu gün İlahinin zaman, məkan və şərait divanı qarşısında cavab vermək məcburiyyətində qalıblar.
Ulu Tanrının bu imtahanına tab gətirə bilməyən faşist xislətli erməni şovinistləri, İlahinin bu ağır imtahanı qarşısında son dərəcə cılız və çıxılmaz vəziyyətdə qalmışlar və təbii olaraq çıxış yolu tapa bilmirlər.
XX əsrin əvvəllərində Azərbaycan torpaqları hesabına özünə erməni dövləti yaradan bu millətin faşist ünsürləri xalqımızın humanistliyindən istifadə edərək, tarixən böyük Türk xalqına olan düşmənçiliyini həyasızcasına davam etdirərək, 80-cı illərin sonundan etibarən Azərbaycanın dünya dövlətləri tərəfindən beynəlxalq normalara uyğun tanınan suverenliyinə qəsd edərək, 20% torpaqlarını zorla zəbt etməklə özünə ikinci bir dövlət yaratmaq xülyasına düşmüşdür.
Lakin bu cəfəngiyyat xülya, şeytan əməli kimi müqəddəs ilahi qanunlara zidd olduğundan təbii olaraq onun süqutuna və məhvinə səbəb olmaqdadır.
Ali Baş Komandanımız, Möhtərəm Cənab Prezidentin uzun müddətdir ki, “lazım gələrsə, işğalçını silah gücünə torpaqlarımızdan qovub çıxaracağıq” kimi müqəddəs kəlamın həyata keçirilməsi üçün artıq zaman və şərait yetişdiyindən məhz bu məkanda onların Ulu Tanrı qarşısında ağır cavab vermək vaxtı yetişmişdir.
Demokratiyanın durmadan inkişaf etdiyi,xalqlar və millətlər arasında əmin-amanlığın təmin edilməsi üçün nəhəng dövlətlərin daim səy göstərdiyi bir vaxtda, özgə torpaqlarını zor gücünə zəbt edərək özünə böyük ermənistan yaratmaq xülyasına düşən bir cinayətkar qurumun bu hərəkətinə təbiidir ki, heç kəs, nə İlahi qanunlarla, nə də dünyəvi qanunlarla qətiyyən haqq qazandıra bilməz və çox şükür ki, (müəyyən istisnalarla), normal düşüncəsi,sağlam təfəkkürü olan heç bir xalq və millətlər həqiqətən də, onlara belə haqq qazandırmaq barədə düşünmədilər.
Təqdirəlayiqdir ki, ilk vaxtlar təcavüzkarı dəstəkləyən qonşu Rusiya dövləti, artıq belə bir qorxulu siyasətin son dərəcə aqressiv və təhlükəli olduğunu vaxtında dərk edərək, öz siyasətində ciddi dönüş yaratmaqla digər dövlətlərə parlaq nümunə və örnək oldu.
Tarixən Rusiyanın himayəsi hesabına yaşayan, heç bir müstəqil müdafiə qabiliyyətinə malik olmayan, iqtisadi cəhətdən buna imkanı belə olmayan, ermənistanın bu gün Azərbaycanın qüdrəti qarşısında cılız vəziyyətə düşməsi bunun əyani təsdiqidir.
Məhz regionda sülhün və əmin amanlığın təminatçısı kimi böyük məsuliyyət daşıyan qüdrətli Rusiya dövləti tam əmin oldu ki, regionun təhlükəsizliyi üçün böyük Türk dövləti və Türk xalqı ilə dost şəraitində yaşamaq daha vacib və önəmlidir.
Daim qonşu dövlətlərlə əsassız ərazi iddialarına görə ziddiyyətlər yaradan, hətta onun özündən ərazi iddiası olan ermənistan dövləti mahiyyət etibarı ilə terrora meylli, işğalçı və təcavüzkar siyasət yeritməklə, sülh və əmin- amanlıq üçün son dərəcə təhlükəlidir.
Bu gün xalqlar arasında sülh və əmin-amanlığı mütərəqqi siyasət kimi qəbul edən Rusiya dövlətinin ermənistanın işğalçı siyasətinə Dağlıq Qarabağ müharibəsi timsalında YOX deməsi, güman edirəm ki, bu dövlətin humanist imicini dünya xalqları arasında bir daha yüksəltdi.
Hələ 12 il bundan əvvəl, 2008-ci ildə çapdan çıxmış, “İctimai-siyasi mühitə təsirin Heydər Əliyev taktikası” kitabımın 68-69-cu vərəqəsində bu barədə xüsusi olaraq qeyd edərək, göstərmişdim:
“Tarixən bəllidir ki,ermənilər,qədim Rusiya İmperiyasının Qafqaz və Şərq ölkələrinə qarşı yeritdiyi siyasətin elementi kimi, işğalçılıq tədbirlərini həyata keçirmək üçün istifadə edilmiş, və bu “xidmətin” müqabilində də, onlara hansısa bir güzəşt edilməsi,ərazi verilməsi vəd edilmişdir. Məhz belə gedişlər sayəsində, Azərbaycanın Zəngəzur, İrəvan və s. kimi böyük torpaqları hesabına dövlət yaradan ermənilər, XIX əsrin sonu XX əsrin əvvəllərində Dağlıq Qarabağa köçürülən ermənilər hesabına da, eyni metodla ikinci erməni dövləti yaratmağı hesablamışlar.
SSRİ dağıldıqdan sonra isə Mixail Qorbaçov kimi şovinist dövlət başçıları hesabına bu planlarını reallaşdırmağa mühüm imkan tapdıqlarını güman etməklə münaqişəyə rəvac vermişlər.
Onlara da bəllidir ki, tarixən bu siyasətin arxasında durmuş Rusiya dövləti müstəqillik qazanıb, yeni ictimai-siyasi formasiya xəttini götürdükdən sonra,nəinki təkcə Qafqaz və Şərq ölkələrinə, eləcə də, bütün dünya ölkələrinə qarşı siyasətini tamamilə yeniləşdirmiş, işğalçılıq və hegemonçuluq siyasətini rədd etməklə bütün diplomatik münasibətlərini qarşılıqlı hörmət və anlaşma üzərində qurmağa başlamışdır. Qədim Rusiya İmperiyasından fərqli olaraq bu günkü Rusiya, artıq Qafqaz, Türkiyə,İran, Orta Asiya dövlətlərilə isti münasibət yaratmaqla onlarla iqtisadi,siyasi və mədəni münasibətlərini dərinləşdirir və daim təkmilləşdirir, öz qüdrətini, super dövlətlərlə birlikdə dünyanın narahat yerlərində olan münaqişələri sülh yolu ilə həll etməyə,silahlı toqquşmaları yatırmağa, terrorizmə qarşı aktiv mübarizə aparmağa yönəldir,işğalçılıq siyasətini isə qətiyyətlə rədd edir.
Hesab edirik ki, bu günkü vaxtda böyük siyasi imicə malik olan Rusiya dövləti də, bu imicini qoruyub saxlamaq və öz dövlətinin demokratik mahiyyətinə xələl gətirməmək üçün ermənilərin bu münaqişədə silahlı qarşıdurmaya can atmalarına razı olmaz və bilir ki, belə qarşıdurma yarandıqda, kənar dövlətin müdaxiləsi olmazsa, Azərbaycanın hərbi qüdrəti ermənistan kimi iqtisadi və hərbi cəhətdən Azərbaycanla müqayisə edilə bilməyən bir dövləti darmadağın edər və bu şəraitdə də, Rusiyanın sərhəddi yaxınlığında ağır hərbi münaqişə ocağı yaranar.
Digər tərəfdən, artıq bütün dünya dövlətlərinə bəllidir ki, müstəqil Azərbaycan dövləti özünün daxili iqtisadi potensialından maksimum səviyyədə istifadə etmək bacarığına malikdir və dünyanın çox yüksək sürətlə inkişaf edən, demokratik prinsiplərə tam sədaqətli olan bir dövlət kimi super dövlətlərlə, o cümlədən ABŞ, Rusiya, İngiltərə, Fransa, Almaniya, Çin,Pakistan və s. kimi dövlətlərlə sağlam diplomatik münasibətlərə, hətta ABŞ, Rusiya və s. kimi fövqəldövlətlərlə daha sıx strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Bu dövlətlərin, həmçinin NATO kimi qüdrətli hərbi blokun Azərbaycanla qarşılıqlı hərbi əməkdaşlığı artıq ən yüksək inkişaf xəttinə çatmışdır. Təbiidir ki, bu münasibətlər Azərbaycan dövlətinin hərbi aktuallığına təsir etməyə bilməz.
Hesab edirik ki, bu kimi təhlillərə söykənən sağlam məntiq özlüyündə diktə edir ki, Azərbaycanın ermənilərlə olan münaqişəni hərbi yolla həll etməsi, artıq qətiyyən problem deyil və proses tezliklə sülh yolu ilə həll edilməsə, onun hərbi yolla həlli sürətlə yaxsınlaşır, eyni zamanda, proses uzandıqca Azərbaycanın strateji mövqeyi daha da möhkəmlənir və bu şərait də, sülh siyasətinin şərtlərinə daha ağır təsir edə bilər.
Cəsarətlə demək olar ki, möhtərəm Prezidentimizin dünya siyasi arenasında sözün əsl mənasında yaratdığı bu siyasi mühit, artıq Dağlıq Qarabağ probleminin hər hansı yolla olursa-olsun, qısa zaman kəsiyində həllini qaçılmaz etmişdir. Bu şəraiti bizdən də artıq, incəliklə təhlil edən hər bir kəs, kimliyindən asılı olmayaraq, bizim gəldiyimiz nəticəyə, hətta ermənilərin zərərinə bundan da ağır nəticəyə gəlməyə məcburdurlar”.
Hesab edirəm ki, 12 il bundan əvvəl kitabda qeyd etdiyim müddəalar artıq öz təsdiqini tapmışdır.
Bu gün ermənilərlə apardığımız müharibənin gedişatında məhz Möhtərəm Prezident, Ali Baş Komandanımız Cənab İlham Əliyevin yürütdüyü sağlam və cəsarətli siyasəti nəticəsində, dünyanın super güc dövətlərini, hətta bu problemi dəstəkləyən və ilk vaxtlar ona haqq qazandıran Rusiya kimi bir dövləti də öz siyasətində ədaləti və obyektivliyi qəbul etməyə yönəldə bildi.
Türkiyədə Möhtərəm Prezident cənab Rəcəb Tayyib Ərdoğana qarşı “Feto” hərəkəti olanda, Türk xalqının misilsiz qəhrəmanlığı, cənab Ərdoğanı sidq ürəkdən dəstəkləməsi,bu yolda ölümdən qorxmayaraq, adamların özünü bir tankın altından çıxıb, digər tankın altına atması hamı kimi məndə də, Böyük Türk xalqına, cənab Rəcəb Tayyib Ərdoğana qarşı olan istəyimi birə-beş artırdı hədsiz qürur hissi keçirdim.
İlk növbədə hörmətli Prezident, Cənab Ərdoğanın Türk xalqı tərəfindən belə qəlbən dəstəklənməsi, onun dahiliyini və özünün xalqına olan istəyini təcəssüm etdirirdi və daim düşünürdüm ki, xalqı tərəfindən belə nəhəng sevgiyə malik olan bir Prezident xoşbəxt olmaqla, həm də, yenilməzdir.
Daim Ədalətin yanında olan və yeritdiyi dövlət siyasətində atdığı cəsarətli addımları isə, onu daha da ucaldır və Türk xalqının əzəmətini bütün dünyaya nümayiş etdirir.
Böyük fərəh hissi ilə qeyd edilməlidir ki, doğma torpaqlarımızın erməni işğalından hərbi yolla azad edilməsi sahəsində möhtərəm Prezidentimiz İlham Əliyevin atdığı qlobal addımlar, cəsarətlə deməyə əsas verir ki, onun bu müqəddəs addımı cənab Pdezidenti Azərbaycan xalqının ürəyinə qızıl hərflərlə həkk etdi, böyük-kiçikliyindən asılı olmayaraq, möhtərəm Prezident hamının qəlbində nəhəng heykəlini ucaltdı.
Övladlarını cəbhədə itirən, əşyaları darmadağın olan şəxslərin qürurla dayanması və vətən yolunda, Ali Baş Komandanımızın yolunda hər bir qurbandan keçmələrini bəyan etmələri, məhz yenilməz bir xalqın sevgisini qazanmaq, möhtərəm Prezidentimiz İlham Əliyevin dahiliyinin bariz nümunəsidir.
Cənab Prezident, Siz Azərbaycan xalqının mərdliyini, kişiliyini, cəsarətini, yenilməzliyini, eyni zamanda, ədalətini, humanistliyini bütün dünyaya bəyan etdiniz, başını ucaltdınız.
Şah İsmayıl Xətainin hakimiyyəti dövründə 5-6 yüz min kvkm ərazisi olan Azərbaycan dövləti, (Şah Abbasın dövrü istina olmaqla) bütün sonrakı hakimiyyətlər dövründə yalnız ərazimiz itirilmiş və bir qarış torpağımız belə geri qaytarılmamışdır.
Məhz Sizin bu günkü cəsarətiniz, siyasi uzaqgörənliyiniz və yenilməzliyiniz hesabına torpaqlarımızın 20%-i geri qaytarılır.
Bununla da Siz, “Xalqımızın Tarixi Səlnaməsinə” qızıl hərflərlə həkk olunan dahi şəxsiyyət kimi daxil oldunuz.
Siz hər bir gözəl sözlərə layiqsiniz, biz fəxr edirik ki,Sizin kimi cəsarətli Prezidentimiz var, yenilməz ordumuz və məğrur Türk xalqı kimi qardaşlarımız var, Allah daim Sizə yar olsun.
Artıq cəsarətlə demək olar ki, Azərbaycan Xalqı özünün ermənilərlə olan tarixi düşmənçiliyinə son qoymaqla, onlarla yeni nəslin timsalında qonşu kimi dinc yanaşı yaşamağa mühit yaranmışdır. Güman edirəm ki, əbədi düşmənçilik heç kəsin məramı ola bilməz.
Azərbaycan Xalqı sübut etdi ki, hər bir düşmənin istər diplomatik yolla, istərsə də hərbi yolla, mənfur hərəkətinin cavabını verməyə qadirik və bizimlə hər bir qonşu, və ya qeyri-qonşu dövlət qarşılıqlı anlaşma və sülh yolu ilə dinc yanaşı yaşamalıdır.