Rusiyada qanunsuz abort etdirənlər 8 il həbs ediləcək. Modern.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Pravoslav Kilsəsinin abortu "soyqırım" olaraq tanımasından sonra Dumada qanunsuz abortla bağlı qanun layihəsi hazırlanıb. Yeni qanun layihəsinə əsasən rəsmi icazə olmadan abort əməliyyatı edən həkimlər 8 ilə qədər həbs cəzasına məhkum ediləcək. Yalnız istisna hallarda qanunun tələbinə uyğun olaraq aborta icazə verilə bilər. Artıq sözügedən sənəd Dumaya təqdim edilib.
Qeyd edək ki, Rusiyada hər il 1 milyondan çox körpə abortla öldürülür.
Modern.az