Modern.az

Qarabağdakı “məmurlar” fərarilik  edir - “Bu baş verməliydi” - Müharibə veteranı

Qarabağdakı “məmurlar” fərarilik  edir - “Bu baş verməliydi” - Müharibə veteranı

5 Noyabr 2020, 12:38

Dağlıq Qarabağdakı qondarma rejim İşğal bölgəsindən Ermənistana qaçan “məmurlar”ın səfərbərlikdən yayınma və casusluq etmə hallarına görə işdən çıxarıldığını bildirib. Bəs Qarabağdakı bu fərarilik nəyin göstəricisidir?

 

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Vətən Müharibəsi Veteranlar Birliyinin sədri Füzuli Rzaquliyev söyləyib ki, onların Azərbaycanda günahsız insanlara qarşı etdiyi terror əməlləri bütün kriminal cinayətlərin göstəricisidir:

 

“Bu qədər cinayətlərdən sonra belə qaçış olmalı idi. Onlar bilirlər ki, bu torpaqlar bizə məxsusdur. Şüurları olsaydı, başa düşərdilər ki, artıq 1918, 88, 91 -ci illər deyil”.

 

F.Rzaquliyev oğlunun da döyüşdə olduğunu, özünün də cəbhədən yenicə  qayıtdığını bildirib:

 

“Bu günümüzə şükürlər olsun. Cənab Ali Baş Komandanın güclü siyasi iradəsi, müzəffər ordumuzun əzmi, xalqımızın birliyi və inamı sayəsində tezliklə bütün torpaqlarımızı işğaldan azad edəcəyik”.

 

Nəzrin Vahid

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi