Modern.az

Arif Hacılı Natiq Cavadlıdan üzr istədi

Arif Hacılı Natiq Cavadlıdan üzr istədi

11 İyul 2012, 23:50


Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ilə “Bizim Yol” qəzetinin müxbiri Natiq Cavadlı arasındakı müsahibə qalmaqalı neçə gündür sosial şəbəkələrdə və mediada dartışılır. Xatırladaq ki, Arif Hacılıdan müsahibə alan müxbirin 4-cü sualından sonra müsahibə yarımçıq qalıb. Müəllif "Bizim yol"da yazıb ki, onun suallarına dözümsüzlük göstərən A.Hacılı müsahibəni yarımçıq kəsərək "sən tərbiyəsiz adamsan" deyib, otağı tərk edib. 

Buqalmaqalın ardından tərəflər qarşılıqlı ittihamlarla çıxış ediblər.

Nəhayət Arif Hacılı dünən jurnalist Natiq Cavadlı ilə arasında olmuş mübahisəyə görə bu gün mediaya üzrxahlıq müsajı ünvanlayıb. Modern.az müsavat.com-a istinadən A.Hacılının açıqlamasını təqdim edir:

"Hörmətli xanımlar və bəylər!

Mənim jurnalistlərlə heç bir problemim yoxdur. Mən özüm jurnalistəm.
...
Jurnalistlərlə həmişə açıq və səmimi münasibətlərdə olmuşam. Jurnalist Natiq Cavadlıya da dəfələrlə müsahibə vermişəm, eyni zamanda onun mənə hörmətllə yanaşdığı, mənə bir prinsipial siyasətçi kimi rəğbəti olduğu barədə dediklərinə qarşiliq vermişəm.

Jurnalist Natiq Cavadlının mənə ünvanladığı sualların məzmununu, bu suallara cavab verərkən dəfələrlə sözümü kəsərək dediklərimə düzəliş vermək cəhdlərini jurnalist peşəkarlığından uzaq, xüsusilə mənim şəxsiyyətimə, verdiyim mücadiləyə hörmətsizlik və təhqir kimi dəyərləndirdiyim üçün suallarına cavab verməkdən imtina etmiş, ondan diktafonu söndürməsini istəmişəm.

Bundan sonra Natiq Cavadlıya otağımı tərk etməyi təklif etmədən özüm otağı tərk edərək gedərkən onun "niyə, nəyə görə" suallarına cavab olaraq səbirsizlik etmiş, mətbuata bir qədər tündləşdirilmiş şəkildə təqdim olunan uğursuz ifadəni işlətmişəm.

Baş verən insidentə görə təəsüfləndiyimi bildirir, işlətdiyim ifadəyə görə narahatlıq yaşatdığım dostlarımdan, bu ifadəni söz və ifadə azadlığı üçün təhdid hesab edənlərdən, eyni zamanda Natiq Cavadlıdan üzrxahliq edir, söz azadlığını müqəddəs dəyər hesab etdiyimi bir daha hər kəsin diqqətinə çatdırıram".

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək