Modern.az

Narkotacirdən 1 kq heroin götürüldü

Narkotacirdən 1 kq heroin götürüldü

5 Noyabr 2020, 17:00

Lənkəran şəhər sakini narkotik vasitə ilə saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında Lənkəran şəhəri ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini E.Abdullayev saxlanılıb.

 

Şəxsi axtarış zamanı ondan 1 kiloqramdan artıq heroin götürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi