Modern.az

Azərbaycanda QİÇS xəstələrinin sayı açıqlandı

Azərbaycanda QİÇS xəstələrinin sayı açıqlandı

5 Noyabr 2020, 17:30

31.09.2020-ci il tarixədək ümumilikdə qeydiyyatda İİV-infeksiyası aşkar olunmuş şəxslərdən 6255 nəfəri Qazanılmış İmmun Çatışmazlığı Sindromunun (QİÇS) daşıyıcısıdır.

 

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan Modern.az-a verilən məlumata görə, onlardan 2230 nəfəri İnyeksion Narkotik İstifadəçiləridir.

 

Bu ilin ötən dövrü ərzində Anti Retro Terapiyaya cəlb olunan 409 pasiyentdən 60 nəfəri inyeksion narkotik istifadəçisidir. 1988-ci ildən etibarən İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların ümumilikdə sayı 1108 nəfər olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi