Modern.az

“Qarabağ” Sivasda sürprizlə qarşılaşdı

“Qarabağ” Sivasda sürprizlə qarşılaşdı

Aktual

5 Noyabr 2020, 20:01

UEFA Avropa Liqasının I qrupunun 3-cü turunda Türkiyədə “Sivasspor”la qarşılaşacaq “Qarabağ” oyundan öncə xoş sürprizlə qarşılaşıb.

 

Modern.az xəbər verir ki, Sivas valisi Salih Ayhan və digər rəsmilər komandanın qaldığı hotelə gəlib.

 

Qonaqları “Qarabağ”ın direktoru Emrah Çelikel, baş meneceri Asif Əsgərov və digər rəsmilər qarşılayıblar.

 

Onlara xatirə olaraq “Qarabağ” forması hədiyyə olunub. S.Ayhan komandanın baş məşqçisi Qurban Qurbanovla da görüşüb və “Qarabağ”ı Sivasda görməkdən qürur duyduğunu bildirib.

 

Qeyd edək ki, bu gün “Yeni Sivas 4 Eylül” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi